Bakının küçə və prospektlərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb

img

02-05-2020 [17:56]


Bu gün səhər saatarından başlayaraq Bakının küçə və prospektlərində, həmçinin kənar qəsəbə və yaşayış massivlərində genişmiqyaslı dezinfeksiya işləri aparılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, icra hakimiyyəti strukturlarına aid 37, Daxili İşlər Nazirliyinə (DİN) aid 15 xüsusi texnika, həmçinin təsərrüfat xidmətlərinin 2 000-dən artıq işçisi bu tədbirlərə cəlb edilib.

Saat 17.00-a olan məlumata görə, şəhər və qəsəbələr üzrə 300-dən artıq küçə və prospektin dezinfeksiya işləri təmin edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA