Pandemiya dövründə taksilərin fəaliyyətinə dair qaydalar müəyyənləşib

img

02-05-2020 [17:01]


Pandemiya dövründə taksilərin fəaliyyətinə dair qaydalar müəyyənləşib.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin təsdiqlədiyi ictimai nəqliyyatda koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlərində məlumat verilib.

Məlumata görə, şəhərdaxili taksilərdən istifadə edən müştərilər yalnız arxa oturacaqlarda otura bilər. Həmçinin, taksi sürücüsü ilə arxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrlə ayrılmalıdır.

Qərarda bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırı dəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalı olduğu qeyd olunub. Sürücülər isə bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılması tapşırılmalıdır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA