Çində son sutkada koronavirusa yeni yoluxma və ölüm qeydə alınmayıb

img

02-05-2020 [13:48]


Pandemiyanın ilkin ocağı sayılan Çində ötən sutkada ölüm faktı ilə yanaşı, yoluxma da aşkarlanmayıb.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Komissiyası açıqlayıb.

Açıqlamada 43 nəfərin sağaldığı, 557 nəfərin isə müalicə olunduğu vurğulanıb.

Qeyd edək ki, ölkədə indiyədək 82 875 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb. Materikə aid Çində indiyədək 4 633 nəfər virusun qurbanı olub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA