Sabahın hava proqnozu açıqlandı

img

02-05-2020 [12:37]


Mayın 3-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər duman olacaq, şimal-şərq küləyi əsəcək. 

Mia.az ETSN-ə istinadla bildirir ki, sabah havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-24, Bakıda gecə 12-14, gündüz 21-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 8-13 dərəcə isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA