Barak Obama: "Dərhal son verin..."

img

04-10-2013 [11:19]



Amerika Birləşmiş Ştatlarında bir necə gündür ki, başlayan büdcə böhranı davam edir. Ötən gün prezident Barak Obama böhrana son qoymaq üçün görüşlər keçirsə də, onun cəhdləri uğursuzluqla nəticələnib.

 Obama paytaxt Vaşinqtonda qatıldığı tədbirlərin birində, hökumətin bağlanmasının hər hansı bir iqtisadi böhranla deyil, Respublikaçılar üzündən olduğunu deyib. "Bu məsələni bitirməyin tək yolu var- Konqres heç bir ideoloji şərt qoymadan büdcəyi qəbul etməlidir. 5 dəqiqə ərzində büdcənin təsdiqlənməsinin qarşısını alan yeganə şey Nümayəndələr Palatasının rəhbəri Con Boehnerdir. Çünki o, partiyasındakıları əsəbləşdirmək istəmir". 

Obama Konqres üzvlərinə müraciət edərək maskaradı dayandırmağa və büdcəni təsdiqləməyə çağırıb. "Bu problemə dərhal son verin". 

Qeyd edək ki, konqresmenlər Obamanın əsas təşəbbüslərindən biri olan səhiyyə sahəsində islahatların maliyyələşməsini dayandırmağa, maliyyələşməsini yubatmağa çalışırlar. "Obamacare” pulsuz səhiyyənin olmadığı Amerikada ucuz müalicə xidməti yaratmaq və əhalinin səhiyyə məqsədləri üçün xərclərini azaltmaq məqsədi güdür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA