"Xəstəliyə yoluxanların sayında azalma nəzərə çarpır" - TƏBİB əsdri

img

01-05-2020 [17:31]


"Bu günə qədər Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 150 minə yaxın test həyata keçirilib".

Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB sədri bildirib ki, bütün məlumat bazası elektronlaşdırılıb:

"Erkən müalicəyə cəlb edilmə nəticəsində xəstəliyə yoluxanların sayında azalma nəzərə çarpır. Xəstəlikdən sağalan donorların müayinəsi tamamlanıb və sabahdan etibarən plazmalar alınaraq pasportlaşdırılacaq".

O qeyd edib ki, hazırda ağır xəstələrin müalicəsi davam edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA