“Ən axırıncı qorxaqsan..." - Mətbuat katibi müxalif liderlə debatdan yayındı

img

01-05-2020 [15:59]


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova müxalifət lideri Aleksey Navalnı ilə müxtəlif səbəblər göstərərək debatın keçirilməsindən yayınıb.

Bu barədə XİN sözçüsü öz “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, qarşı tərəf müxtəlif tələblər qoymağa başlayıb.

“Ən axırıncı qorxaqsan, Navalnı. Hətta qadınla döyüşdən belə çəkinirsən”, - M.Zaxarova bildirib.

Bundan başqa, XİN sözçüsü “Exo Moskvı”ya müsahibəsində jurnalistin qarşı tərəfin bütün şərtlərə hazır olduğunu bildirməsinə cavab olaraq Navalnının sadəcə qorxaq və saxtakar olduğunu söyləyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA