TRAMPDAN PEKİNƏ ŞOK İTTİHAM: "Koornavirus Uhanda laboratoriyada yaradılıb"

img

01-05-2020 [14:11]


ABŞ Prezidenti Donald Tramp koronavirusun Uhandakı laboratoriyada yaradılmasına dair əllərində dəlillər olduğunu söyləyib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, D.Tramp COVID-19-un süni mənşəli olmasına dair sübutların olub-olmaması dair suala “Bəli, var” deyə cavab verib. Lakin ABŞ lideri materialların məxfiliyini əsas gətirərək hansı dəlillərə sahib olduğunu söyləməyib.

Eyni zamanda daha əvvəl ABŞ-ın Milli Kəşfiyyat Direktorunun ofisindən yeni növ koronavirusun süni şəkildə yaradılmadığı və ya genetik modifikasiya edilmədiyi bildirilmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA