Karantin rejiminin qaydalarını pozan çayxanadakılar cərimələndi - FOTO

img

01-05-2020 [11:55]


Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin qaydalarını pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, bu istiqamətdə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində şəhərin Nizami küçəsində yerləşən çayxananın xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Obyektə baxış zamanı orada olan kafenin sahibi Rəşid Ələkbərov və Zaqatala sakini olan 6 nəfər müştərinin karantin qaydalarını pozduqları aşkar edilib. Həmin şəxslər Zaqatala Rayon Polis Şöbəsinə gətiriliblər və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA