SƏXAVƏT TAĞIYEV – QƏLBLƏRDƏ YAŞAMAQ SƏADƏTİNİ QAZANMIŞ ZIYALI
30-04-2020 [22:45]
… Xankəndində – bu günkü Qarabağ bəlalarımızın təməl daşları qoyularaq az qala tam «erməniləşən», azərbaycanlıların qürurlu gəzmələri belə qəbul olunmayan bu şəhərdə - keçmiş Stepanakertdə çoxlarından fərqli şəkildə Səxavət Tağıyev əsilzadəliyi, kübar təbiəti ilə təmsil etdiyi millətin əzəmətini, möhtəşəmliyini nümayiş etdirirdi. Səliqəli və dəbdə olan geyimi ilə diqqəti cəlb edirdi. Səxavət Feyruz oğlu bir bəy balası kimi mənim doğma şəhərimə yaraşıq verirdi.
Səxavət ali məktəbə məndən bir il qabaq qəbul olunmuşdu. Mən isə onun əmisi oğlu – çox dəyərli, ruhən ziyalı insan, peşəkar pedaqoq Vahid Tağıyevlə bir qrupda oxumalı oldum. Vahidlə yaxınlığım və onun əmisi oğlü ilə birgə qalmaları mənə Səxavət müəllimin zəngin mənəvi dünyasına daha yaxından bələd olmağıma imkan yaradırdı.
Səxavətin İmişli rayonunun Əliqulular kəndində orta məktəbi necə oxuduğundan xəbərim yox idi. Bildiyim isə o idi ki, Səxavət gənc olmasına baxmayaraq, Stepanakert Pedaqoji İnstitutuna ağsaqqal, diplomat kimi gəlmişdi.
Xalatryanın rektor olduğu institutda hər bir müəllimin nə ilə nəfəs aldığı barədə müfəssəl məlumatlı idi, qrup nümayəndəsi kimi tək tələbələrin deyil, həm də o dövr üçün «bərkgedən» müəllimlərin dilini, bir-biri ilə münasibətlərini yaxşı bilirdi. Tələbəlik illəri üçün aktual olan «Kimin xahişini kimə etmək olar?» sualının mükəmməl və dəqiq cavabı vardı Səxavətdə. Elə bu bacarığı, hətta deyərdim ki, qibtəedləcək bu xüsusi istedadı ilə Səxavət Tağıyev «dayısız» tələbələrə «dayı» olurdu – mərhəmətlik onun soy-kökündə vardı.

O, ağsaqqal, ağbirçək tərbiyəsi alaraq böyük-kiçiyi bilinən bir evdən, həm də keçmişi olan eldən gəlmişdi Xankəndinə. Hələ çox gəncikən vəzifəliləri də gördümüşdü, pullu kişiləri də, pulu da. Bir sözlə günortadan sonra görənlərdən deyildi. Yetişmiş kişi kimi qədəm qoymuşdu instituta. Elə bu səbəbdən də bəzi müəllimlərin həll edə bilmədiyini və yaxud nəfsinin qulu olaraq etmək istəmədiyini Səxavət «xalq diplomatiyası» yolu ilə həll edirdi. Səxavət Tağıyev imkanı dairəsində pulsuz tələbənin kimlərinsə «sərin münasibəti»nin qurbanı olmağına yol vermirdi – Səxavətin qəlbində Uca Tanrının xofu vardı.
Səxavətin Stepanakertdə Dzerjinski küçəsində kirayə qaldıqları evdə də, doğma evində olduğu kimi süfrəsi həmişə açıq və bol idi. Ulu Tanrı ona qonağını evinə ürəkdolusu dəvət etmək, çörəyini əsirgəməmək qabiliyyəti vermişdi. O, Böyük Yaradanın yetirdiyi ruzini bölüşməyi bacarırdı və bilirdi ki, o ruzinin sahibi Uca Allahdır.
Mən də Səxavət və Vahidin süfrəsində tərəkəmə nemətlərindən çox dadmışam. İmişli qarpızı və pendirinin (təbii ki, seçmə idi) dadını hələ də unutmamışam.
Tələbəlik illərindən azərbaycançılıq məfkurəsinin daşıyıcısı idi Səxavət müəllim. Elə o vaxtdan canında dövlətçilik, dövlətə sədaqət hissi var idi. Mənə elə gəlirdi ki, Ulu Tanrı onu vəzifə sahibi olmaq üçün dünyaya gətirmişdi.
İnstitut illərimiz Heydər Əliyevin Azərbaycana birinci rəhbərlik dövrünə təsadüf edirdi. Hələ o illərdən bizim üçün zirvə və qürur yeri idi Heydər Əliyev. Ümummilli liderin böyüklüyü Stepanakertdə daha aydın görünürdü. Bu böyük şəxsiyyətin nüfuzunu erməni millətçiləri həzm edə bilmirdilər. Səxavət müəllimlə bu mövzuda söhbətlərimiz saatlarla uzanırdı. Xankəndinidə - erməni mühitində biz Heydər Əliyev dühası ilə cüclü idik. Bu böyük şəxsiyyətlə qürur hissi keçirir ,ona güvənirdik.
Hələ tələbəlik illərindən azərbaycançılıq məfkurəsinin daşıyıcısı idi Səxavət Tağıyev. Xoş xatirələrə dalaraq etiraf edim ki, Səxavətin bərəkətli süfrəsi arxasında söhbətlərimiz çox vaxtı elmdən, dərsdən olmurdu.
Vafid Tağıyev bir az elmdən şox danışardı. Marksın ətəyindən bərk-bərk yapışmışdı və təsadüfi deyıldi ki, o dövrdə hamının qazana bilmədiyi “Bala Marks” adı ilə çağrılmağa nail olmuşdu. Səxavətlə isə biz o illərdə vəzifə iddiası ilə institutun dəhlizlərinə sığmırdıq. «Birinci katib» olmaq eşqi ilə yaşayırdıq. Çox böyük iştahamız vardı – «ikinci katib» vəzifəsinə “sahib” çıxan yox idi. Gecənin yarısınadək uzanan söhbətlərimizdə İmişli rayon partiya komitəsinin birinci katibi Niyaz Kərimovdan başlayardıq, gəlib çıxardıq Boris Gevorkova. İmişlinin «1-ci katibinin»nin nömrəsi 30-00 olan xidməti maşınını da hallandırardıq. Beləcə, Rüstəm Səfərəliyev, Cavanşir Məmmədov, Sadıq Murtuzayev, Sail Sailov, Qəşəm Aslanov, Feyruz Mustafayev və s. kimi dövrün Azərbaycan miqyaslı nəhəngləri biz kiçiklərin söhbətinin mövzusu idi. Stalin, Xruşov, Brejnevdən də danışardıq.

Səxavət böyük arzularla yaşayırdı. Onun arzuları özü kimi adi deyildi. Bu arzuların qeyri-adi olan birini Stepanakert Pedaqoji İnstitutunun ən şirin xatirəsi tək unuda bilmirəm – bəlkə də Səxavət müəllim unudub. O dövrdə SSRİ-nin bütün ali məktəblərində ixtisasından asılı olmayaraq bütün tələbələrə “Sov.İKP tarixi” dərsi tədris olunurdu. Eyni adlı qalın və zəhmi adamı basan kitab da var idi. Bu “ağır” kitabda Leninin, Stalinin, Kalininin, Svedlovun, Trotskinin, Zinovyevin və s. tarixi şəxsiyyətlərin adı çəkilirdi və dünyanın bir çox liderləri bu kitabı oxumağa məhkum idi.
Bir gün Səxavət Tağıyev mənə qəfildən sual etdi:
– Görəsən, nə etsək adımız bu kitaba düşər?
Bu adi sual deyildi. Bu sualda həyata sonsuz məhəbbət, yaratmaq eşqi, ucalmaq, qurmaq, həyatda iz qoymaq sevgisi var idi. Bu sual hər adamın ağlına da gələ bilməzdi.
Səxavəti mənim üçün dəyərli edən onun tərbiyəsi idi. Bütün günü qrup nümayəndəsi kimi əlində jurnal institutu yaxşı mənada alt-üst edən, təşkilatçılığı ilə seçilən Səxavət Tağıyev şəxsiyyətində, o nurlu simasında valideynlərinin, ulularının əxlaqını, mənəvi dəyərlərini ehtiva edirdi. Nəsildən nəsilə ötürülmüş zəngin mənəviyyatı o böyük ehtiramla özündə yaşada bilirdi – bizlərdən fərqli olaraq institutun hər tinində bir sevgi məcərası yaşamırdı…
Tanrı Səxavətdən səxavətini əsirgəməmişdi. Elə tələbəlik illərindən gözəlliklər mücəssəməsi idi o. Dostcanlı, ünsiyyətcil və mehriban idi. Güclü yümor hissi də var Səxavətdə. O ali məktəbi əla qiymətlərlə oxuyurdu. Fərqlənmə diplomuna real namizədlərdən biri idi. Fəqət, erməni qərəzi – Ararat adlı müəllimin mənəvi terroru – “3” qiyməti ilə Səxavət fərqlənmə diplomunu ala bilmədi.
…Fəqət, bu gün Səxavət müəllim ali dəyərləri ilə - ictimai ləyaqət və əxlaqı ilə həyatda fərqlənir – nümunəvi ailə başçısı, bütöv Azərbaycan kişisi olaraq! O, “Əməkdar müəllim” adını daşıyaraq xalqımızın övladlarının təhsil almaları üçün əlindən gələni əsirgəmir.
2007-ci ildə səmərli fəaliyyətinə görə Prezident İlham Əliyevin sərəncamı ilə Səxavət Tağıyev “Əməkdar müəllim” fəxri adını layiq görülüb. O, eyni zamanda, ədəbi yaradıcılıqla da məşğuldur. AYB-nin Aran Bölməsi üzrə məsul katibidir. "Vətənpərvərlik işinə görə" medallı, Beynəlxalq Rəsul Rza mükafatlı yazıçı-publisisdir. "Qarabağ düşüncələri", "Gecikmiş məktub", "Bir nəslin dörd fəsli", " Ana fəryadı", " Şərqin bülbülü" ədəbi-bədii əsərlərin və eyni zamanda, ümumi təhsilin bütün aspektlər üzrə fəaliyyət planlarını əks etdirən "Məktəbin fəaliyyətinin planlaşdırılması təcrübəsi" adlı metodik vəsaitin müəllifidir.

Yeri gəlmişkən və yuxarıdakı fikirlərimə əlavə olaraq bildirim ki, Səxavət Tağıyev xalq yazıçısı Anara, onu dünyaya gətirən böyük sənətkarlarımız Rəsul Rza və Nigar xanıma, eyni zamanda, ailənin əzizi Ənvər Məmmədxanlıya hörmət, ehtiram olaraq gənc nəslin tərbiyəsində onların yaradıcılığının rolu barədə ədəbi-pedaqoji düşüncələrini qələmə alıb, ayrı-ayrı mətbuat səhfələrində çap olunmuş yazıları "Bir nəslin dörd fəsli" adlı kitab halında geniş oxucu kütləsinə təqdim olunub. Kitabın Göyçay şəhərində Rəsul Rzanın ev muzeyində geniş təqdimatı TV-də yayımlanıb…
…Xülasə, Səxavət müəllim haqqında çox yaza bilərəm. FB dostlarımı çox yormaq istəmirəm. Bu yazını oxuyanlara sevgi və ehtiramımı bildirirəm. Şübhəm yoxdur ki, koronavirusla bağlı “evdə qalan” dostlarımızın bu yazıdan neçə-neçə mürgülü xatirələri oyanacaq. İstərdim ki, bu yazını Xankəndi Pedaqoji İnstitutunun bütün məzunları oxusun. “Atasının atasız oğlana qız vermədiyini” bəyan edərək bu sətirlərin müəllifini Stepanakert Pedaqoji İnstitutunun dəhlizlərində, sinif otaqlarında sındıran, məyus edən o qız da oxusun. Və o, onunla bərabər hamı dərk etsin ki, var-dövlətə yox, yalnız və yalnız Uca Allaha sığınmaq gərək…
…Səxavət müəllim, deyəsən haşiyədən çıxdım. Sən apardın məni, qardaş, o illərə…Ömrünün yeni baharını təbrik edirəm! Kainatın idarə olunmasında sonsuz səlahiyyətlər sahibi olan Ulu Tanrı hər an köməyində olsun!
Vahid Tağıyevə və bütün dostlara salamları çatdır!
Hörmətlə,
Hikmət Xudiyev (Cəmilzadə),
əməkdar jurnalist, daxili xidmət polkovniki,
tarix üzrə fəlsəfə doktoru,
P.S. Mia.az-ın kollektivi də hörmətli Səxavət müəllimi təbrik edir, möhkəm cansağlığı və uğurlar arzulayırlar!
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib