Fransada pandemiya qurbanlarının sayı 24 mini keçdi

img

29-04-2020 [21:33]


Fransada ötən sutkada 251 nəfər xəstəxanada, 184 nəfər isə qocalar evində olmaqla ümumilikdə 435 nəfər koronavirusun qurbanı olub.

“Report” xəbər verir ki, bunu ölkənin Həmrəylik və Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, koronavirusdan ölənlərin sayı 24 087 nəfərə yüksəlib.

Bundan başqa, yoluxanların sayı 1 607 nəfər artaraq 128 442 nəfərə çatıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA