“Son 11-12 gün ərzində Marneulidə koronavirusun yayılması riski üzə çıxmayıb” - İcra başçısı

img

29-04-2020 [19:05]


“Son 11-12 gün ərzində Marneulidə koronavirusun yayılması riski üzə çıxmayıb”.

Bunu rayonun icra başçısı Zaur Darğallı brifinqdə bildirib.

Onun sözlərinə görə, ötən gün Marneulinin Maradisi kəndində koronavirusa bir yoluxma halı təsdiqlənib: “Həmin şəxs bütün kənd sakinləri kimi özünütəcrid rejimində olub. O, heç kəslə təmasda olmayıb”.

Z.Darğallı qeyd edib ki, son göstəricilər rahatlanmağa əsas verməməlidir: “Bütün vətəndaşlar gündəlik olaraq müvafiq tövsiyələrə əməl etməlidirlər. Hamı anlamalıdır ki, bütün məhdudiyyətlər və qaydalar, ilk növbədə, onların sağlamlığı və təhlükəsizliyi üçün tətbiq olunur”.

Qeyd edək ki, indiyədək Marneulidə COVID-19 infeksiyasına 16 nəfər yoluxub. Onların 7-si artıq tam sağalıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA