"Cavanşir Abasov şər-böhtanla məşğuldur" - İcra Hakimiyyəti şikayətçiyə cavab verdi

img

29-04-2020 [18:09]


"Saatlı rayonun Dədə Qorqud kənd sakini Cavanşir İmanqulu oğlu  Abasovun “Azərbaycan saatı” proqramının 26 aprel 2020-ci il tarixli buraxılışında yalan, iftira, cəfəngiyyat və sərsəm düşüncəli, reallıqdan tamamilə uzaq olan fikirlər söyləyib".

Bu sözlər Mia.az-a Saatlı rayon İcra Hakimiyyəti başçısının Dədə Qorqud kənd İnizibatə Ərazi Dairəsi üzrə nümayəndəsi Elay Alışlı və Dədə Qorqud bələdiyyəsinin sədri Nazim Rəşidovun imzası ilə daxil olan cavab məktubunda bildirilib.

Qeyd olunub ki,  Cavanşir Abasov 1980-cı il təvəllüdlü, orta təhsillidir: "Əvvələr hərbi hissədə xidmət etmiş, hansı səbəbdənsə sonralar oradan ərizəsi alınaraq kənarlaşdırılmışdır. Onun çoxsaylı müraciətindən sonra 2019-cu ilin noyabr ayından II dərəcəli hərbi əlil kimi ayda 400 manatdan yuxarı pensiya alır.

Özünün yaşadığı Dədə Qorqud kəndində istifadəsində 0,20 hektar həyətyanı sahəsi, 100 kvadrat metr olan fərdi yaşayış evi, 0,83 hektar pay torpağı vardır. Bundan əlavə atasına məxsus 1,00 hektar yararlı torpaq sahəsi onun istifadəsindədir".

Məktubda Cavanşir Abasovun şəxsi mənafeyi naminə böhtanlar atdığı xüsusi vurğulanaraq, qeyd edilib ki, o, bir neçə ildir ailəsindən ayrılaraq 3 övladının məhkəmə qərarı ilə kəsilmiş alimentini belə vermir: "Buna görə, o,  bir neçə dəfə məsuliyyətə cəlb olunub. Hazırda 10 min manatdan çox aliment borcu yarandığından barəsində müvafiq orqanlar tərəfindən istintaq araşdırmaları aparılır.

Bundan əlavə, xüsusi qeyd eədk ki, Cavanşir Abasova müxtəlif vaxtlarda Rayon İcra Hakimiyyəti tərəfindən evində istifadə etmək üçün elektrik sobası, stol-stul dəsti, televizor, dəfələrlə nağd qaydada maddi yardımlar olunub. Eyni zamanda, bu şəxsə ərazi icra nümayəndəsi tərəfindən də mütəmadi olaraq ərzaq yardımları, kommunal xidməti haqqının ödənişi üçün nəğd pul yardımları edilib. Üstəlik, pandemiya dövründə bu yaxınlarda Rayon İcra Hakimiyyəti tərəfindən imkansız, güzəştli ailələrə ərzaq yardımı göstərilərkən ona da verilib.

Göründüyü kimi, dövlət tərəfindən bu qədər himayə ilə əhatə olunmuş, daim dövlətin qayğısını görən, ondan yararlanan  Cavanşir Abasov, çox təəssüf ki, böhtançı fikirli veriliş aparan Qənimət Zahid və onun kimilərinin proqramında şər-böhtan dolu çıxış edərək, hansı düşüncəyə, əqidəyə sahib olduğunun əyani sübut etmiş oldu.

Bir daha qeyd edirik ki, onun həmin verilişdə səsləndirdiyi bütün iddialar tamamilə əsassız və böhtanlardan ibarətdir".

Məlumatda o da qeyd olunub ki, həmin böhtanlarla bağlı müvafiq tədbirlər görülməsi üçün məhkəməyə müraciət olunacaq..

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA