"Həmişə qaydalara riayət etməliyik ki..." - Baş infeksionistdən koronavirusla bağlı xəbərdarlıq

img

29-04-2020 [17:34]


Karantin rejimi bitdikdən sonra da insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar.

Mia.az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist bildirib ki, hazırda Azərbaycanda xəstəxanalarda 500-dək insan koronavirusa görə müalicə edilir:

“Gün ərzində təxminən 30-40 nəfər sağalaraq evə buraxılır. Amma hələ də ölkədə hər gün yoluxma halı qeydə alınır. Biz yalnız yeni yoluxma qeydə alınmadıqda, xəstəxanalarda müalicə edilən insanların sayı azaldıqda virusun ölkəmizdə yox ola bilməsi haqqında danışa bilərik. Amma ölkədə hətta 1-2 nəfərdə belə, koronavirusa yoluxma halı varsa, sadaladığım şəxslər risk qrupuna daxil olan insanlar sayılacaqlar".

C.İsayev bunu nəzərə alaraq insanlara xəbərdarlıq da edib. O qeyd edib ki, mayın 4-də karantin rejimindən çıxılsa belə, insanlar müəyyən tələblərə əməl etməli, tövsiyələri nəzərə almalıdırlar:

“Bu tövsiyələrin bir qismi, məsələn, əllərin yuyulması, şəxsi gigiyena qaydalarına əməl edilmə, kütləvi yerlərdən uzaq olmaq bizim gündəlik həyatımızla bağlıdır. İnsanların çox olduğu yerlərdə yalnız koronavirusa deyil, hər cür infeksiyaya yoluxmanın olması mümkündür. Ona görə də həmişə qaydalara riayət etməliyik ki, təkcə koronavirusa deyil, digər infeksiyalara da yoluxmayaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA