Ağdaşda karantin qaydalarını pozan sahibkarlar cərimələndi

img

29-04-2020 [16:52]


Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən Nazirlər Kabineti yanında yaradılan Operativ qərargahın tələb və tövsiyyələrinə uyğun olaraq tətbiq olunan xüsusi karantin rejiminə əməl etməyən, xüsusilə də icazəsiz və qeydiyyatdan keçməyən obyekt sahiblərinə qarşı reyd keçirib. 

Reyd zamanı obyekt sahibləri qeydiyyatdan keçməyi bilmədiklərini, bəziləri isə necə qeydiyyatdan keçməyi bilmədiklərini bəhanə gətiriblər.

Bəzi obyekt sahibləri və satıcılar isə lazımi sənədlərin hazırlanmasını və müraciət etdiklərini bildirərək mağazaları qeydiyyatsız olaraq fəaliyyət göstərir.

İki gün davam edən reydlər zamanı 36 obyekt sahibi icazə almaq üçün müraciət edib. On bir sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA