Teledərslərin sabaha olan cədvəli açıqlandı

img

29-04-2020 [16:29]


Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 30-u üçün nəzərdə tutulan cədvəli açıqlanıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, Azərbaycan bölməsi üçün sabah saat 10:00-da Fiziki tərbiyə; 10:10-da IX sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 10:55-də VIII sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 11:40-da VII sinif - Azərbaycan dili, Riyaziyyat, Fizika, Tarix; 12:35-də VI sinif - Biologiya, İngilis dili, Coğrafiya, İnfromatika; 13:05-də IV sinif - Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi; 13:35-də III sinif şagirdlərinə Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi dərsləri, 14:05-də Məktəbdənkənar fəaliyyət olacaq.

Rus bölməsi üçün 14:20-də III sinif - Rus dili, Riyaziyyat, Həyat bilgisi; 14:50-də V sinif - Rus dili, Riyaziyyat; 15:05-də VI sinif - Biologiya, Coğrafiya, İnformatika; 15:35-də VII sinif şagirdlərinə Kimya, Biologiya, Coğrafiya, İnformatika dərsləri olacaq. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA