Səbaildə bərbər və müştəriləri cərimələ olundu

img

29-04-2020 [15:54]


Səbail rayonunda xüsusi karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən bərbər salonu aşkar edilib.

DİN-dən Mia.az-a bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyetin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA