Tibb işçilərinin mayda nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olundu - Qərar

img

29-04-2020 [11:36]


Tibb işçilərinin mayda nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub.

Mia.az bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin sertifikasiya imtahanlarında iştirak edəcək namizədlərə müraciətində deyilir.

Müraciətdə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin mayın 4-nə qədər uzadıldığı əsas gətirilərək həmin ayda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanlarının ləğv olunduğu qeyd olunub.

Yeni imtahan cədvəli hazırlandıqdan sonra, imtahana namizəd şəxslərə imtahan tarixləri barədə məlumat veriləcək.

Əlavə məlumat almaq üçün (012) 433-08-93 nömrəli şəhər və (099) 8915000 nömrəli mobil telefonları ilə əlaqə saxlaya bilərsiniz.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA