Azərbaycanda bu rayonlara qar yağdı

img

28-04-2020 [22:01]


Bu gün saat 21:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Xaçmaz, Quba, Qusar, Xaltan, Lerik, Kişçay (Şəki), Sarıbaş (Qax), Xınalıq, Şabran, Nabranda yağış, Şahdağ və Qrızda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, şimal-qərb küləyi arabir Tərtərdə 27 m/s, Naftalanda 26 m/s, Gəncə, Neftçalada 20 m/s, Bakıda 30 m/s, Sumqayıtda 24 m/s, Maştağada 19 m/s, Zabratda 18 m/s, Neft Daşlarında 17 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürluyu 2.8 metrə çatıb.

Girdimançayda (İsmayıllı) güclü leysan yağış, dolu ilə müşahidə edilib. Yağıntının miqdarı 20 mm, dolunun diametri 2 mm olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA