“Atamı aldadırdım, o, işə gedəndə...” – Xatirə İslamdan etiraf + VİDEO

img

28-04-2020 [13:52]


Müğənni Xatirə İslam ATV telekanalında yayımlanan "Şou ATV" proqramının qonağı olub. 

Sənətçi efirdə maraqlı açıqlamaları ilə diqqət çəkib.

Atası ilə bağlı kadrları görən Xatirə anasının əziyyətinin daha çox olduğunu deyib: "Anamın əziyyəti əvəzsizdir. Heç atam anam qədər mənə əziyyət çəkməyib. O vaxt mən iki ay idi ki, toya gedirdim, atamın xəbəri yox idi. Mən onu aldadırdım, o işə gedirdi, gec gəlirdi, mən də gedirdim toya. Artıq iki ay idi mən sənətə başlamışdım, anam axırda dedi ki, mən yalan danışa bilmərəm, gəl, açıb deyək. Ondan sonra düz bir il atam məni aparıb-gətirdi. Və həmin gündən mən İzzət Bağırovla işləməyə başladım". 

Həmin görüntüləri təqdim edirik:

Yenisabah.az

Digər xəbərlər
SON XƏBƏRLƏR