22 yaşlı azərbaycanlı koronavirusdan vəfat edib - Stokholmda

img

27-04-2020 [19:14]


İsveçin paytaxtı Stokholm şəhərində yaşayan 22 yaşlı azərbaycanlı gənc koronavirus pandemiyasından vəfat edib.

Bu barədə "Report"un Avropa bürosuna İsveç Azərbaycanlılarının Koordinasiya Şurasının üzvü Nadir Hollenbrand məlumat verib. 

Onun sözlərinə görə, 1998-ci il təvəllüdlü Etibar Həsənağa oğlu Salayev ötən gecə dünyasını dəyişib.

Hazırda İsveç vətəndaşı olan azərbaycanlı gəncin yaşadığı şəhərdə, yoxsa Azərbaycanda dəfn edilməsi hələ ki dəqiqləşməyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA