Son kursda təhsil alan tələbələrin hərbi xidməti ilə bağlı hansı qərar veriləcək? - Nazirdən açıqlama

img

27-04-2020 [17:52]


"Son kursda təhsil alan tələbələrin böyük hissəsi istehsalat təcrübəsində olurdu. Karantin rejimi ilə bağlı həmin yerlərdə xidmət göstərilməsi dayandırılmışdı".

Bu fikirləri Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, istehsalat təcrübəsi müddəti ilə bağlı bir sıra güzəştlər tətbiq edilə bilər: "Bunun üçün də beynəlxalq təcrübəyə baxılır və yekun olaraq bəzi qərarlar qəbul edilə bilər".

C.Bayramov bildirib ki, hərbi xidmətə növbəti çağırışın iyul ayında olması planlaşdırılır: "Bəzi oğlan tələbələr təhsilini müəyyən səbəblərdən bitirə bilmədiyindən bununla bağlı hökumət qarşısında məsələ qaldırıla bilər"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA