Türkiyənin Bayburt şəhərində qocalar evində 35 nəfərdə koronavirus aşkarlanıb

img

27-04-2020 [15:34]


Türkiyənin Bayburt şəhərində qocalar evində 35 nəfərdə koronavirus tapılıb. 

Türkiyə mətbuatı xəbər verir ki, 27-i qocalar evinin sakini, 8-i tibbi personal olmaqla ümumilikdə 35 nəfərin Covid-19 test nəticəsi pozitiv çıxıb.

Mövzuyla əlaqədar Bayburt Valiliyi açıqlama verərək lazımi tədbirlərin görüldüyünü bildirib. 

Xatırladaq ki, ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) dünyada COVID-19 ölümlərinin yarısının qocalar evində qeydə alındığını açıqlamışdı.

Koronavirus səbəbilə Türkiyədə ölənlərin sayı 2 805 nəfərə, yoluxanların sayı isə 110 130 nəfərə çatıb/Report.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA