Bakı Dövlət Universitetinin professoru Abuzər Xələfov vəfat edib 

img

27-04-2020 [12:01]


Azərbaycan milli kitabxanaşünaslıq elminin banisi, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru, professor Abuzər Xələfov vəfat edib. 

Mia.az xəbər verir ki, A.Xələfov gecə saatlarında 89 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abuzər Xələfov 1931-ci ildə Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olub.

A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanıb. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilib, o, bu fakültənin ilk dekanı olub və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərib. 1963-cü ildən Kitabxanaşünaslıq kafedrasının müdiri olub.

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA