TƏBİB-də daha iki xidmət sahəsi yaradıldı

img

27-04-2020 [10:25]


Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinin iki yeni xidmət - psixoloji dəstək və poliklinik xidmətlərlə bağlı dəstək xətləri istifadəyə verilib.

Agentlikdən Mia.az-a bildirilib ki, psixoloji dəstək xətti 3 istiqamətdə fəaliyyət göstərəcək.

Bunlar aşağıdakılardır:

- Tibbi heyət üçün psixoloji dəstək (COVID-19 xəstələri ilə çalışan tibbi heyət üçün onlayn psixoloji dəstəyin təmin edilməsi, krizis anında və ya tükənmişlik hiss etdiklərində onlayn qısa terapiya xidməti)

- İctimaiyyət üçün psixoloji dəstək

- Xəstələr üçün psixoloji dəstək


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA