Gürcüstanda koronavirusa yoluxanların sayı artıb, ölən var

img

26-04-2020 [15:19]


Gürcüstanda koronavirusa 29 yeni yoluxma halı qeydə alınıb, bir nəfər isə ölüb.

Bu barədə Tbilisinin 1 saylı Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasından dünyasını dəyişənlərin sayı 6-ya çatıb.

Bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 485-ə çatıb. Həmin şəxslərin 139-u sağalıb, 6-sı isə ölüb.

Karantində 4 928, stasionar nəzarətdə isə 522 nəfər saxlanılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA