Ailənin çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərə dəyişiklik edildi - Əli Əsədovdan qərar

img

25-04-2020 [21:48]


“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin siyahısı”na dəyişiklik edilib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Sənədlə siyahının 2.1.7-ci yarımbəndində dəyişiklik olub.

Belə ki, övladlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağın çətin həyat şəraitində olmasını təsdiq edən sənədlər siyahısına daxil edilib.

İndiyədək həmin bənd aşağıdakı kimi idi:

“Uşaqlarını tərbiyə, müalicə, əhaliyə sosial xidmət və digər analoji müəssisələrdən götürməkdən, habelə tərbiyə etməkdən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina etməsi barədə valideynlərin notarial qaydada təsdiq edilmiş ərizəsi”./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA