Şimali Koreya lideri ilə bağlı müəmma: ABŞ dalbadal mesaj verir, Çin heyət göndərdi, ancaq...

img

25-04-2020 [16:15]


"Şimali Koreyada hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq ABŞ-ın hədəfləri dəyişməyəcək". 

“Haberturk” xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Şimali Koreya lideri Kim Çen Inın sağlıq vəziyyəti ilə bağlı açılamasında bildirib. 

Maykl Pompeo telekanallardan birinə verdiyi müsahibədə Şimali Koreyanın nüvə silahlarından təmizlənəcəyi istiqamətində ABŞ-ın fəaliyyətini davam etdirəcəyini söyləyib. 

ABŞ-ın dövlət katibi Şimali Koreya liderinin səhhəti ilə bağlı heç nə bilmədiklərini vurğulayaraq deyib: “Amerika xalqı vəziyyəti çox yaxından izlədiyimizi bilməlidir". 

Şimali Koreyanın sədri Kim Çen Inın ölüb-ölmədiyi və vəziyyətini öyrənmək üçün Çin bu ölkəyə həkim göndərib. Bildirilib ki, “Reuters” agentliyi bu xəbəri hadisəyə yaxın 3 mənbəyə istinadən yayıb.

Ancaq Çinin göndərdiyi heyətin Kim Çen Inın sağlıq vəziyyəti ilə bağlı hələ də heç bir rəsmi məlumatı yoxdur. 

Qeyd edək ki, aprelin 21-də ABŞ-ın yüksək vəzifəli dövlət rəsmisi Kim Çen In cərrahiyyə əməliyyatı keçirdiyini və vəziyyətinin çox ağır olduğunu iddia etmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA