Rusiya iqtisadiyyatı məhdudiyyətlərə görə hər gün 100 milyard rubl  itirir

img

25-04-2020 [14:28]


Rusiya iqtisadiyyatı koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunmuş məhdudiyyətlərə görə hər gün 100 milyard rubl məbləğində ümumi daxili məhsulun (ÜDM) itkisi ilə üzləşir.

“İnterfaks" xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov məlumat verib.

"İqtisadiyyat elan olunmuş karantin rejiminin əsirinə çevrilib. Həm dövlət, həm də özəl sektor bu itkini qarşılaya bilməz. Gec-tez biznesin fəaliyyətnə icazə verilməlidir. Bununla belə, hazırda bizim üçün əsas məsələ insanların sağlamlığıdır. O zamankı həkimlər deyəcək ki, biz yola davam edə bilərik, biz hazır olacağıq”, - deyə nazir qeyd edib.

Onun sözlırinə görə, 2020-ci ildə Rusiya büdcəsinin kəsiri ÜDM-in 4,5-5%-ni təşkil edə bilər: “Ancaq dövlətin bütün sosial öhdəlikləri yerinə yetiriləcək”.

Xatırladaq ki, bu ilin ferval ayında yerli mütəxəsssislər koronavirusa görə ümumi itkinin 100 milyard rublu ötməyəcəyi barədə proqnoz vermişdi. Həmin proqnozdan 1 aydan çox vaxt keçir və deyilən məbləğ Rusiyanın gündəlik itkisinə çevrilib.

Onu da qeyd edək ki, Rusiya Bankın (Mərkəzi Bank) bu il Rusiyada ÜDM-in 6% azalacağını proqnozlaşdırır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA