"Bandotdel"dən əməliyyat: İmişli və Kürdəmir sakinlərini şantajla hədələyən ata və oğul həbs edildi

img

25-04-2020 [13:30]


Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciət əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin fevral ayında İmişli rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 990 manat pul almaqda şübhəli bilinən Sabirabad rayon sakini O.Eyvazov saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, onun, atası A.Eyvazovla birgə cari il yanvar ayında Kürdəmir rayon sakini R.Məmmədovdan barəsində rüsvayedici məlumatları yayacağı ilə hədələyib 6 000 manat almaları da müəyyən edilib.

A.Eyvazov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182.2.1-ci və 182.2.2-ci maddələri ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR