Ermənistanda koronavirusdan ölənlərin sayı artır

img

25-04-2020 [11:55]


Ermənistanda son sutkada koronavirusdan daha bir ölüm hadisəsi qeydə alınıb.

Məlumatı Ermənistan Səhiyyə Nazirliyinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, 71 yaşlı pasiyent koronavirusun qurbanı olub.

Məlumata görə, son sutkada Ermənistanda 81 yoluxma hadisəsi qeydə alınıb. Bununla da aprelin 25-nə olan məlumata əsasən, ölkə üzrə virusa 1 677 nəfər yoluxub, pandemiyadan 28 nəfər ölüb. 803 pasiyent isə sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Bildirilib ki, dünya üzrə koronavirusa yoluxanların ümumi sayı 2 790 986 nəfərdir. Bu virusdan 781 382 nəfərin sağaldığına dair məlumat yayılıb. Dünya üzrə koronavirusun qurbanlarının sayı isə 195 920-yə çatıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA