Dövlət peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrinin yaradılması üçün lisenziya tələb olunmayacaq

img

24-04-2020 [17:47]


Yaradılması və fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında dəyişiklik edilir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Lisenziyalar və icazələr haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dövlət peşə, orta ixtisas, ali və əlavə təhsil müəssisələrinin yaradılması və fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin sırasından çıxarılır.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib/APA. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA