Azərbaycanda ovçuluqla bağlı qanun dəyişdi

img

24-04-2020 [15:20]


Azərbaycanda geoloji parklarda ovçuluğun həyata keçirilməsinin qadağan edilməsi haqqında qanuna dəyişiklik olub.

Mia.az xəbər verir ki, bununla bağlı “Ovçuluq haqqında” qanuna dəyişiklik parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanunun 21-ci maddəsinə (Ovçuluq təsərrüfatlarının təşkili və kateqoriyaları) təklif edilən dəyişikliyə əsasən, ov yerlərinə yaşayış məntəqələrinin, sənaye, təsərrüfat və hərbi obyektlərin, dövlət təbiət qoruqlarının əraziləri, milli, geoloji və təbiət parklarının xüsusi mühafizənin hüquqi rejimi tətbiq olunan fəaliyyət zonaları aid edilə bilməz və bu ərazilərdə ovçuluğun həyata keçirilməsi qadağan edilir.

Sənəd layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA