Azərbaycanda da koronavirusun təyini ilə bağlı ekspres testlər tətbiq ediləcək

img

24-04-2020 [15:05]


“Gələcəkdə Azərbaycanda da koronavirusun təyini ilə bağlı ekspres testlər tətbiq ediləcək”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin mütəxəssisi Cəvahir Süleymanova deyib.

Onun sözlərinə görə, bu testlər vasitəsilə müayinəni 45 dəqiqə ərzində aparmaq mümkün olacaq: “Azərbaycanda testlərin aparılması ilə bağlı çox unikal sistem yaradılıb, insanlardan nümunələr götürülür və təcili tibbi yardım maşınları ilə laboratoriyalara çatdırılır. Bu, insanları daha təhlükəli vəziyyətə düşməkdən qoruyur. Bu halda insanda virus yoxdursa, birbaşa özünün xəstəxanaya getməməsi onu qoruyur. Hazırda isə laboratoriyaya çatdırıldıqdan sonra ən azı 6-7 saat ərzində testin cavabı verilməlidir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA