"Koronavirusla bağlı vəziyyəti nəzarət altına ala bilmişik” - ÜST-dən Azərbaycanla bağlı açıqlama

img

24-04-2020 [14:50]


“Azərbaycanda koronavirusa yoluxma sayının artıb və sonradan azalması göstəricisinə baxdıqda həmin vaxt pik həddin olduğunu deməyə əsas verir. Bu, aprel ayının göstəricilərinə uyğun səsləndirilə bilər. Amma yenə də dəqiq nəsə demək doğru olmaz”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.

O qeyd edib ki, ölkədə hələ də koronavirusa yoluxma halları bitməyib: “Əgər karantin rejimi yumşalsa, yenidən virusa yoluxmanın artması riski ola bilər. Ona görə də əhali qaydalara ciddi əməl etməlidir. Hələ ki, vəziyyəti nəzarət altına ala bilmişik”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA