Ata fəryadı: "Oğlumun həyatı çox təhlükədədir..." - Psixi xəstə olan məhkum həbsxanada necə saxlanılır?
24-04-2020 [14:29]
Koronavirus pandemiyası dünyanı öz cənginə alandan Azərbaycanda 260 nəfər məhkum məhkəmələr tərəfindən şərti olaraq azadlığa buraxılıb, yaşı 65-dən yuxarı və xəstəliyi olan 176 nəfər məhkum isə prezidentin sərəncamı ilə əfv olunub.
Nəzərə alaq ki, ölkəmizdə ümumilikdə 18 minə yaxın məhkum var. Onlardan isə 340 nəfərə yaxını son iki ayda azadlığa çıxıb.
“Konstitusiya” Araşdırmalar Fondunu rəhbəri Əliməmməd Nuriyev cəza çəkən məhkumların azadlığa çıxmaları ilə bağlı işlərdən danışıb: “Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə az ağır cinayətlər, nəqliyyat qəzalarına görə məhkum edilmiş şəxslərlə bağlı qanunvericiliyin tələbinə uyğun azad edilməsi üçün işlər görülür. Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrində cəzasının yarısını çəkmiş şəxslərin azad olunması məsələsi də gündəmdədir. Hətta qanunvericilik imkan verirsə, 2 il cəza müddəti qalmış şəxslərin də azad olunması üçün tədbirlər görülür. Cəzaçəkmə müəssisələrində seyrəlmənin təmin edilməsi üçün addımlar atılır. Xüsusilə ağır cinayət törətmiş şəxslərin azad edilməsi məsələsi nəzərdən keçirilimir. Bununla belə, yaşlı, xəstə məhkumların işləri də öyrənilir”.
Qeyd edək ki, hazırda həbsdə olan xəstə məhbusların çoxunun səhhəti qənaətbəxş deyil və onların azadlığa buraxılmasına ehtiyac var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78-ci və Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə əsasən məhkumlar ağır xəstəliyi ilə əlaqədar cəzasının qalan hissəsindən azad edilə bilər. Ancaq əfsuslar olsun ki, bu maddələr əsasında ağır xəstə olan məhkumların azadlığa buraxılması məsələsi dəfələrlə qaldırsa da lazımi tədbirlər görülməyib. Penitensiar xidmət isə həbsxanalarda məhbusların sağlamlığı ilə bağlı hər cür şəraitin yaradıldığını və onların həyatı üçün təhlükənin olmadığını dəfələrlə bəyan edir.
Hazırda adı 7 saylı cəzaçəkmə müəssisəsində olsa da, Müalicə Müəssisəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda törədildikdə) maddəsi ilə 10 il azadlıqdan məhrum edilməklə cəza çəkən Alim Əkbərovun atası Çərkəz Əkbərovun sözlərinə görə, onun oğlu elə əvvəldən, yəni məhkumluqdan qabaq da psixi xəstəlikdən əziyyət çəkib, rəsmi olaraq dispanserdə qeydiyyatda olub:
“Alim Əkbərov 2003-2016-cı illərdə İmişli Rayon Mərkəzi Xəstəxanasının Poliklinikasının Psixatriya şöbəsində baş beyin üzvü xəstəliyi nəticəsində psixi pozuntular və nəzərə çarpan dərəcədə şəxsiyyət dəyişkənliyi dərk etmə qabiliyyətinin azalması və tez-tez qıc olma diaqnozu ilə müalicə alıb. 2016-cı ildən Baş Səhiyyə İdarəsinin 28 saylı şəhər Poliklinikasının Psixatriya şöbəsində qeydiyyatdadır.
Ambulator kitabçanın çıxarışlarından göründüyü kimi 2017-ci il ərzində 5 dəfə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 nömrəli Klinik Psixatriya xəstəxanasının Psixatriya şöbəsində və 1 nömrəli Respublika Psixatriya xəstəxanasında stasionar müalicə alıb. Neçə illərdi ki, psixatrik dərmanlar qəbul edir. Həbsxana həyatı isə onun xəstəliyini daha da artırıb. 2018-cı ilin fevral ayından 21.08.2019-cu ilədək Penitensiar xidmətin Müalicə Müəssisəsinin Psixatriya şöbəsində müalicə alıb. Yenə də həmin şöbədə müalicəsini davam etdirir.
Son aylarda isə vəziyyəti kəskin olaraq pisləşib. Saxlanma şəraiti normal olsa da, artıq Alimin həyatı çox təhlükədədir, düzgün müayinə və müalicə ilə bağlı ciddi problemlər var. Artıq onu müalicə etdirməyə nə mənəvi, nə də maddi gücümüz qalmayıb. Yaşlı anası ölüm ayağındadı, 1 azyaşlı körpənin gözü hər gün qapıdadı ki, atam gələcək... Biz Alim Əkbərovun vəziyyəti ilə bağlı dövlət və məhkəmə orqanlarına müraciətlər etmiş, vəsatətlər vermişik ki, Alim ağır xəstə olduğu üçün Ali Məhkəmə onun cəzası ilə bağlı ədalətli qərar çıxarsın. Dəfələrlə Ədliyyə Nazirliyində, Ali Məhkəmədə aidiyyatlı şəxslərin qəbullarında olmuşam, sübutlar təqdim etmişəm ki, oğlum günahsız olaraq həbs edilib. Oğlum psixi xəstə ola-ola 10 il cəza verdilər. Alim Əkbərov kimi xəstə məhkumların sayının çoxluğunu nəzərə alaraq dövlət tərəfindən cəzaların dekriminallaşdırılması ilə yanaşı humanizm siyasəti həyata keçirilərək ağır maddələr üzrə amnistiya verilməlidir”.

Ev telefonları ləğv olunacaq? - Açıqlama
Britaniya Nigeriyaya təzminat ödəyəcək - 420 milyon funt sterlinq
Türkiyə gücləndikcə Qərb niyə əsəbləşir? -TƏHLİL
Xəzərdə balıqçılar xilas edilib - FOTO
Kirayəçi dəm qazından boğulub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Leyla Əliyeva BƏƏ-də tarixi məkanlarda - FOTOLAR
"Qalatasaray" Can Armando Güneri heyətinə qatıb - 350 min avroya
Türkiyə Kuboku: "Beşiktaş" qalib gələ bilmədi
Macarıstan Baş naziri: "Qərbin əxlaq dəyərləri çöküb"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Dövlət İmtahan Mərkəzi açıqlama yaydı
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib"
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq