Filippində koronavirusa yoluxanların sayı 7 mini ötdü

img

24-04-2020 [13:23]


Filippində son sutkada daha 211 nəfər koronavirusa yoluxub.

Məlumatı Filippin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, son 24 saatda daha 15 nəfər pandemiyanın qurbanı olub. Bununla da Filippin üzrə ölənlərin sayı 477-yə, yoluxanların sayı isə 7 192-yə çatıb.

Məlumata görə, ölkə üzrə infeksiyadan 762 nəfər sağalıb. 

Filippin prezidenti Rodriqo Duterte ölkənin bir sıra bölgələrində, o cümlədən paytaxt Manilada gücləndirilmiş karantin rejimini mayın 15-dək uzadıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA