TƏBİB-dən peyvəndləmə ilə bağlı - Açıqlama

img

24-04-2020 [09:51]


Erkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur.

Mia.az xəbər verir ki, bu barədə TƏBİB-in valideynlərə immunlaşdırma həftəsində etdiyi müraciətdə bildirilib. 

"Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immun sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər", - müraciətdə qeyd olunub. 

Xatırladaq ki, Səhiyyə nazirinin imzaladığı müvafiq əmrə əsasən, aprelin 20-26-da respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA