İran Xəzərdə hərbi baza yaradır

img

02-10-2013 [15:33]


İran Xəzər dənizində hərbi baza yaradır. İran Ordusunun Dəniz Qoşunlarının komandanı, kontr-admiral Həbibullah Səyyari bildirib ki, ölkənin cənubunda orduya aid Xatəm-ül-Ənbiya-1 və 2 dəniz qərargahlarında digər bir dəniz qərargahı yaradılacaq.

"Biz Xəzər dənizində və Fars Körfəzində bir çox ölkələrlə qonşuyuq. Bu gediş-gəlişlər əlaqələrin güclənməsi, sülh, dostluq və ticarətin yaradılmasına səbəb olur. Eyni zamanda, xarici qüvvələr regionda qeyri-stabil vəziyyətin yaranmasına səbəb olur. Onların kənara çəkilmələri bölgədə təhlükəsizliyin bərpa edilməsinə yardım göstərə bilər. Dənizdə əlaqə məsələlərindən əsası isə dəniz qüvvələridir”, - deyə Həbibullah Səyyari bildirib.

Onun sözlərinə görə, İran beynəlxalq və öz ərazi sularında tam informasiyaya malikdir: "Biz öz manevrlərimizdə də müdafiə qabiliyyətlərimizi şəffaf və aydın surətdə təqdim etdik. Eyni zamanda, biz region ölkələrinə qarşılıqlı əməkdaşlıq yolu ilə təhlükəsizliyi bərpa edə biləcəklərini, həmçinin bölgədə başqalarının iştirakına heç bir ehtiyac olmadığını bildirdik. Çünki xarici qüvvələr regionda qeyri-stabil vəziyyətin yaranmasına səbəb olurlar və onların kənara çəkilmələri bölgədə təhlükəsizliyin bərpa edilməsinə yardım göstərə bilər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA