İspaniyada fövqəladə vəziyyət rejiminin müddəti yenidən uzadıldı

img

22-04-2020 [23:37]


İspaniya Konqresi COVID-19 pandemiyası ilə əlaqədar fövqəladə vəziyyət rejiminin müddətini mayın 10-na qədər uzatmaq haqqında hökumətin təklifini bəyənib.

İclasda 300-ə yaxın millət vəkili onlayn səs verib.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət müddəti üçüncü dəfə uzadılıb.

İspaniya koronavirusdan ən çox zərər çəkmiş ölkələrdən biridir. İspaniya Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə 208 389 yoluxma, 21 717 ölüm halı qeydə alınıb, 85 915 xəstə sağalıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA