Qadın qardaşı və anasını bıçaqladı - Ağsudakı olayın təfərrüatı

img

22-04-2020 [14:00]


Ağsu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Vidadi küçəsi, ev 31-də qeydə alınıb.

Həmin ünvanda yaşayan 1967-ci il təvəllüdlü Cəbiyeva Arzu Şaməddin qızı evlərində qardaşı, 1974-ci il təvəllüdlü Cəbiyev Müslüm Şaməddin oğlu və anası, 1938-ci il təvəllüdlü Cəbiyeva Maniya Məcid qızını bıçaqlayıb. Yaralı Ağsu rayon Mərkəzinə çatdırılaraq əməliyyat olunub.

İlkin araşdırmalar zamanı məlum olub ki, M.Cəbiyev sərxoş vəziyyətdə evə gələrək, bacısı A.Cəbiyeva ilə mübahisə edib. Mübahisə nəticəsində A.Cəbiyeva mətbəx bıçağı ilə qardaşını bıçaqlayıb. Həmin vaxt onların mübahisəsini sakitləşdirmək istəyən anaları M.Cəbiyeva da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır/Trend.


Digər xəbərlər
SON XƏBƏRLƏR