Gürcüstanda uçuşlara qoyulan məhdudiyyət mayın 22-dək uzadılıb

img

22-04-2020 [12:04]


Gürcüstanda koronavirusun yayılması riski ilə əlaqədar müntəzəm uçuşlara qoyulan məhdudiyyətin vaxtı mayın 22-dək uzadılıb.

Bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb. Bildirilib ki, bu barədə artıq hava yolu şirkətləri məlumatlandırılıb.

"Uçuşların bərpası ilə bağlı qərar Gürcüstanda epidemioloji vəziyyətdən asılı olacaq. Mövcud vəziyyəti nəzərə alaraq, vətəndaşları müntəzəm uçuşların bərpası ilə bağlı rəsmi açıqlama olmadan bilet almaqdan çəkinməyə çağırırıq”, - deyə agentlikdən bildirilib/APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA