Gürcüstanda karantin rejimini pozmağa görə cərimələr azaldılır

img

22-04-2020 [11:32]


Gürcüstanda karantin rejimi və ya təcrid qaydalarını pozmağa görə fiziki və hüquqi şəxslərə qarşı tətbiq olunan cərimələrin azaldılması nəzərdə tutulub.

Bununla bağlı Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə düzəlişlər təklif olunub.

Qanun layihəsinə əsasən, fiziki şəxslər üçün cərimə 2 min lari (632 dollar), hüquqi şəxslər üçün isə 10 min lari (3 157 dollar) məbləğində müəyyən olunub.

Düzəlişlərin parlamentdə qəbul olunacağı təqdirdə mayın 2-dən qüvvəyə minəcəyi gözlənilir.

Qeyd edək ki, hazırda pozuntu hallarına yol verən fiziki şəxslər 3 min lari (947 dollar), hüquqi şəxslər isə 15 min lari (4 736 dollar) məbləğində cərimələnirlər/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA