"Marneulidə koronavirusa yeni yoluxma halı təsdiqlənməyib" - İcra başçısı

img

22-04-2020 [10:37]


“Son beş gün ərzində Marneulidə koronavirusa yeni yoluxma halı təsdiqlənməyib”.

Bu barədə Marneulinin icra başçısı Zaur Darğallı bildirib.

Onun sözlərinə görə, dörd nəfərin koronavirusla bağlı testinin cavabı mənfi olub: “Həmin şəxslərin üçü Marneuli, biri isə Dmanisi rayon sakinidir”.

Qeyd edək ki, indiyədək Marneulidə COVID-19-a 15 nəfər yoluxub və onların 7-si sağalıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA