İran ilk ilk hərbi peykini orbitə buraxıb

img

22-04-2020 [10:22]


İran aprelin 22-də ilk hərbi peykini orbitə buraxıb.

Məlumatı “Sepah news” yayıb.

Bildirilib ki, sınaq uçuşu uğurla başa çatıb. “Nur” adlı peyk “Qasid” ikipilləli raketdaşıyıcısının yardımı ilə yerdən 425 km. məsafəyə çıxarılıb.

Uçuşu İran Silahlı Qüvvələrinin İslam İnqilab Keşikçiləri Qvardiyası həyata keçirib.

Xatırladaq ki, ABŞ qvardiyanı terrorçu təşkilatlar siyahısına daxil edib. Vaşinqton bu silahlı birləşməni sanksiyaya məruz qoyub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA