Mirvari Fətəliyeva ölümcül virusa qalib gəldi: "Koronavirusu məğlub etmək üçün ilk əvvəl..."

img

21-04-2020 [20:47]


Fransada koronavirusa yoluxan Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva ölümcül virusa qalib gəlib.

Mia.Az xəbər verr ki, bu barədə o, "Facebook"dakı səhifəsində yazıb:

"Bu çətin günlərimdə mənə göstərdiyiniz diqqət və qayğı üçün təşəkkür etmək istədim. 

Sizlərin mənə olan bu mənəvi dəstəyi, sevgisi  bütün dava-dərmanlardan güclü oldu. 

Hər birimiz üçün çətin olan bu dövrdə xalqımıza xas olan insani dəyərlərin, həmrəyliyin nə qədər mühüm olduğunu bir daha anladım. 

Bu virusa yoluxmuş biri kimi öz təcrübəmə əsaslanaraq onu deyə bilərəm ki, bu xəstəliyə qalib gəlmək üçün ən əsası panikaya düşməmək, qorxmamaq, immunitetinizi gücləndirmək üçün xoş əhval ruhiyyədə qalmaq ən vacib şərtlərdəndir.

Odur ki, hər birinizi dövlət tərəfindən qoyulan qayda qanunlara riayət etməyə səsləyir və inanıram ki, tez bir zamanda birlikdə dünyanı bürüyən bu bəlaya qalib gələcək və sağlam dünyamıza qovuşacağıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA