"Şimali Koreya liderinin vəziyyəti ağırdır" - ABŞ kəşfiyyatı araşdırmaya başlayıb

img

21-04-2020 [11:13]


“Şimali Koreya lideri Kim Çen In cərrahiyyə əməliyyatı keçirib və vəziyyəti çox ağırdır”.

"CNNTurk” xəbər verir ki, bunu ABŞ-ın yüksək vəzifəli dövlət rəsmisi iddia edib.

Həmin məmur Kim Çen Inın səhhətinin ağır olması barədə kəşfiyyat məlumatını araşdırdıqlarını deyib.

Şimali Koreya rəhbərinin aprelin 15-də babası Kim İr Senin doğum günü ilə bağlı keçirilən təntənəli tədbirdə iştirak etməməsi iddiaya sübut olaraq göstərilir.

Cənubi Koreyada çıxan “Daily NK” qəzeti Kim Çen Inın ürək-damar sistemində problemin olduğunu və bu səbəbdən cərrahiyyə əməliyyatı keçirdiyini yazıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA