"Özüm ərizə verdim" - Aydın Quliyev KİVDF-dən getməsi haqda xəbərə belə reaksiya verdi

img

20-04-2020 [22:07]


"Hər kəsin öz başa düşdüyünü dövriyyəyə buraxmaması üçün həqiqəti bilmək lazımdır. Bir neçə ay əvvəl mənə edilən təklifi qəbul edərək KİVDF-də ştatdankənar ekspert təyin edildim. Neçə illərlik təcrübəmə söykənərək, bu ötən müddətdə işə çiyin verdim...".

Mia.az xəbər verir ki, bu sözləri KİVDF-dən tutduğu vəzifədən uzaqlaşdırılması ilə bağlı yayılan xəbərə münasibətdə "Bakı-xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev deyib.

O bildirib ki, dövlət işində az-çox təcrübəsi olan biri kimi yeni təyin olunan rəhbərlərin işləmək üçün öz kadrlarının ola biləcəyini düşünərək, KİVDF-nin yeni icraçı direktoru Əhməd İsmayılova işdən azad olunmağı barədə ərizə verib:

"Və bu ərizəm qəbul olundu. Hazırda hər zamankı kimi özümün kərpic-kərpic tikdiyim yenilməz "Bakı-xəbər" "qalasının " başındayam və dövlətçilik prinsipi üzərində dəyişməz işimi davam etdirirəm".

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA