Ermənistan xarici işlər nazirinin müavini işdən çıxarıldı

img

20-04-2020 [14:49]


Ermənistan xarici işlər nazirinin müavini Qriqor Ovannisyan vəzifəsindən azad edilib.

“Report” “Aysor”a istinadən xəbər verir ki, məlumatı Ermənistan hökuməti yayıb.

Bildirilib ki, aprelin 20-də Ermənistanın baş naziri Nikol Paşinyan Qriqor Ovannisyanın vəzifədən azad edilməsinə dair sərəncam imzalayıb.

Qeyd edək ki, Q.Ovannisyan 2018-ci il dekabrın 28-də bu vəzifəyə təyin edilib. Bundan əvvəl o, 2013-2016-cı illərdə Ermənistanın ABŞ-da səfiri işləyib, sonrakı 2 ili isə Yerevanın Meksikadakı diplomatik missiyasına başçılıq edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA