“Boko Haram” terrorçu qruplaşmasının 105 silahlısı öldürüldü

img

20-04-2020 [10:56]


Nigeriyanın şimal-şərqində son 1 həftədə “Boko Haram” terrorçu qruplaşmasının 105 silahlısı öldürülüb.

“Anadolu” xəbər verir ki, bunu Nigeriya Ordusunun sözçüsü Musa Sagir deyib.

Onun sözlərinə görə, ordu ölkənin Yobe əyalətində “Boko Haram”a qarşı əməliyyat keçirib.

Əməliyyatda 100-dən çox terrorçunun məhv edildiyini bildirən M.Sagir çox sayda silah-sursatın da ələ keçirildiyini vurğulayıb.

Bundan başqa, o, əməliyyat zamanı 2 ordu əsgərinin də yaralandığını deyib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA